2014-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları” bəlli olub

2014-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları” bəlli olub
# 05 fevral 2014 12:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və turizm nazirinin əmri ilə 2014-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları” bəlli olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, Qəbələ «Azərbaycanın əfsanələr paytaxtı», Balakən «Folklor paytaxtı», Abşeron rayonu «Sənətkarlıq paytaxtı» elan edilib.

Nazirlikdən bildiriblər ki, 2010-2014-cü illər üçün “Xalq Yaradıcılığı Paytaxtları” proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq həyata keçirilir.

Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilir. Paytaxt elan olunan bölgələrdə il ərzində milli folklor ustaları və kollektivlərinin çıxışları təmin edilir, sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur, daxili və xarici turizmin inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır.

Xatırladaq ki, 2013-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları” Xaçmaz, Zaqatala və Göygöl idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR