Cəlilabad rayonunda su anbarında batan 16 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB 1 - VİDEO

Cəlilabad rayonunda su anbarında batan 16 yaşlı oğlanın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 27 may 2014 09:18 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, meyit bir qədər öncə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

Cəlilabad rayon Prokurorluğunun əməkdaşları hazırda hadisə yerində araşdırmalar aparırlar.

***

12:01

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabadda 16 yaşlı oğlanın suda batması ilə bağlı məlumat yayıb.

APA-nın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Privolnı kəndində Su anbarında 1 nəfərin batdığı ehtimal olunur. Axtarışlara FHN-in Cənub dalğıc-xilasediciləri cəlb olunub.

***

11:08

Cəlilabad. Ağəddin Babayev - APA. Azərbaycanın Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Privolnı kəndi ərazisində qeydə alınıb. Yardımlı rayon sakini, 16 yaşlı Zakir Heybər oğlu Ağayev qoyun otararkən ehtiyatsızlıqdan yaxınlıqdakı su bəndinə düşərək boğulub.

Onun meyitini çıxarmaqdan ötrü Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Qeyd edək ki, Z.Ağayev bir neçə gün öncə Privolnı kəndində yaşayan bacısının evinə qonaq gəlibmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR