Göyçayda minik və yük maşınları toqquşub, xəsarət alanlar var

Göyçayda minik və yük maşınları toqquşub, xəsarət alanlar var
# 09 aprel 2014 08:27 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonu ərazisində ağır avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü km-liyində, Göyçay şəhəri ərazisində qeydə alınıb.

Göyçayın Çayarxı kənd sakini, 1967-ci il təvəllüdlü Salmanov Qurban Qara oğlunun idarə etdiyi 23 BG 933 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Ucarın Lək kənd sakini, 1969-cu il təvəllüdlü Bağıyev Mütəllim Məlikbağı oğlunun idarə etdiyi 99 CA 868 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “Mercedes” markalı maşının sürücüsü Qurban Salmanov və onun baldızı, 1960-cı il təvəllüdlü Cabbarova Gülsüm Soltan qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR