Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərləri daşıyan avtomobil aşıb

Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərləri daşıyan avtomobil aşıb
# 11 oktyabr 2013 13:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərləri daşıyan avtomobil aşıb. Bu barədə APA Ermənistan KİV-nə istinadən məlumat verib.

Separatçı Dağlıq Qarabağ «ordusunun» hərbçilərini daşıyan avtomobilin aşması nəticəsində yaralananların olduğu bildirilib. Hadisə cəbhə xətti yaxınlığında baş verib.

Erməni tərəfi xəsarət alanlar barədə məlumatları ictimaiyyətə açıqlamayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR