Suriya ordusu Dəməşq yaxınlığında 150 nəfər silahlını məhv edib

Suriya ordusu Dəməşq yaxınlığında 150 nəfər silahlını məhv edib
# 26 fevral 2014 13:52 (UTC +04:00)

Bakı – APA. Suriyada Bəşər Əsədə sadiq ordu birləşmələri Dəməşq yaxınlığında 150 nəfər silahlını məhv edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ölənlər arasında Səudiyyə Ərəbistanı, Qətər və İordaniyadan gəlmiş muzdlu döyüşçülər olub.

Əməliyyata rəhbərlik edən Suriya ordusunun zabiti bildirib ki, silahlılar paytaxt yaxınlığında tələyə düşüblər. Onun sözlərinə görə, ölənlərin əksəriyyəti “Cəbhət ən-Nüsrə” və “Liva əl-İslam” radikal qruplaşmaların üzvləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR