Sabirabadda maşın avtodayanacağa çırpılıb, iki nəfər ölüb - VİDEO

Sabirabadda maşın avtodayanacağa çırpılıb, iki nəfər ölüb - <span style="color: red;">VİDEO
# 17 mart 2014 16:14 (UTC +04:00)

Baş Dövlət Yol Polisindən (BDYP) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 18.00 radələrində Sabirabad rayonunun Nizami kənd sakini, 1980-ci il təvəllüdlü Quliyev Seymur Vaqif oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 20 DB 275 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yolun kənarındakı avtodayanacağa çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü həmkəndlisi Quliyev Abdulla Məmmədqulu oğlu hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR