Bakıda istismara yararsız gəmidə yanğın olub

Bakıda istismara yararsız gəmidə yanğın olub
# 08 oktyabr 2013 21:36 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən gün axşam saatlarında istismara yararsız gəmidə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın Səbail rayonunda kəsilməkdə olan gəmidə baş verib. Nəticədə gəminin göyərtəsində taxtadan ibarət üzlüklər 250 kv m sahədə yanıb. Yanğından gəminin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR