Azərbaycanda ictimai nəqliyyatda kart sisteminin tətbiqi 2015-ci ilin əvvəlində başa çatacaq

Azərbaycanda ictimai nəqliyyatda kart sisteminin tətbiqi 2015-ci ilin əvvəlində başa çatacaq
# 11 iyun 2014 11:25 (UTC +04:00)

Belə ki, bu zaman sahibkarla sürücü arasında müvafiq müqavilə imzalanacaq. Çünki sürücü sərnişindən pul almadıqda avtomatik olaraq maaş sistemini öz sahibkarı qarşısında qaldıracaq.

APA-Economics”in xəbərinə görə, hu haqda Nəqliyyat Nazirliyinin mətbuat katibliyini rəhbəri Namiq Həsənov jurnalistlərə açıqlamasında bildirib.

N. Həsənov qeyd edib ki, nəqliyyatda kart sistemi və sürücülərin maaş sisteminə tam keçəndən sonra bütün neqativ hallar aradan qaldırılacaq.

“Bir müddət həddindən artıq pərakəndə vəziyyət yaranmışdı. Sürücülər qrafikə uyğun hərəkət etmək üçün hətta yarışa çıxırdılar. Vəziyyət indi sabitləşib, amma yenə də belə sürücülərə rast gəlmək mümkündür”, - deyə o qeyd edib.

O, əlavə edib ki, sürət həddini aşan sürücülərə qarşı Dövlət Yol Polisi də, Dövlət Avtomobil Nəqliyyat Xidməti, eyni zamanda “Bakı Sərnişin Nəqliyyatı” MMC də reydlər keçirir: “Bunun kifayət qədər təsiri var. Reydlər zamanı aşkar olunan nöqsanlara rast gəlinir və onlar aradan qaldırılır. Düzdür, əvvəlki kimi çox olmasa da, yenə də belə sürücülər var. Amma sürücünün də məsuliyyəti olmalıdır. Nəqliyyat Nazirliyi sərnişindaşıma ilə məşğul olmağa başlayanda 210 daşıyıcı var idi, onların böyük əksəriyyəti ixtisar olunub təxminən 33 daşıyıcı qalıb. Bu o deməkdir ki, qaydaları pozan sahibkarların marşrutları əllərindən alınıb, başqalarına verilir və bu davam edəcək”.

N. Həsənov qeyd edib ki, sürücülər üçün iki rəngdə vahid geyim forması hazırlanır.

Bu il ərzində 2 500 avtobusda bütün sürücülərin vahid geyiminə keçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR