Timoşenko Yanukoviçə məktubunda onu öldürmək istədiyini bildirib

Timoşenko Yanukoviçə məktubunda onu öldürmək istədiyini bildirib
# 22 noyabr 2013 16:02 (UTC +04:00)

APA-nın xəbərinə görə, “Batkivşina” (Vətən) Partiyasının saytında dərc olunan məktubunda Y. Timoşenko etiraf edib ki, Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasından imtina edilməsi barədə hökumətin qərarını eşitdikdən sonra ürəyindən prezident Yanukoviçi öldürmək keçib.

Məktubda deyilir: “Viktor Fyodoroviç, bu gün mən nisbətən sakit şəkildə sizə məktub yaza bilirəm. Vəziyyəti xilas etmək lazımdır və bunu edə biləcək yeganə şəxs sizsiniz”.

Y. Timoşenko V. Yanukoviçə təcili olaraq Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağıraraq Vilnüs sammitində Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaq barədə qərar qəbul etməyi məsləhət görüb: “Söz verirəm ki, belə bir qərar qəbul olunarsa, mən elə həmin gün Avropa liderlərinə müraciət edərək onları mənim azadlığa çıxmağım da daxil olmaqla, bir sıra meyarlar yerinə yetirilmədən də bu sazişi imzalamağa çağıracağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR