Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölən daha bir nəfərin şəxsiyyəti məlum olub

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölən daha bir nəfərin şəxsiyyəti məlum olub
# 25 dekabr 2013 13:12 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində ölən Bakı şəhəri Əhmədli qəsəbə sakini 1989-cu il təvəllüdü Əli Qeys oğlu Məmmədovdur.

İdarədən həmçinin bildirilib ki, hadisəyə görə “Mercedes” markalı yük avtomobilinin sürücüsü, 1977-ci il təvəllüdlü İlham Əmiraslan oğlu Yusifov tutulub.

Qeyd edək ki, dekabrın 24-də saat 12:00 radələrində Abşeron rayonu ərazisində Qazax rayon sakini İlham Yusifovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili qarşıda gedən, Bakı şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb və Sumqayıt şəhər sakini Akif Sadıxovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

A.Sadıxov və sərnişinləri - Qubadlı rayon sakini Cavid Hidayətdinov, Nurlan Tahirov, habelə şəxsiyyətləri müəyyən edilməmiş 20-25 yaşlı iki kişi hadisə yerində ölüblər.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR