«Muğan Bank»ın aktivləri son bir ildə 22% artıb

«Muğan Bank»ın aktivləri son bir ildə  22% artıb
# 19 noyabr 2013 10:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 319,111 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,7% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,4% artaraq 235,061 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 52,053 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 91,7% çoxdur.

Bankın depozit portfeli son bir ildə 16,8% artaraq 116,255 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 90,548 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 15,9% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 27,8% artaraq 50,748 mln. manat, o cümlədən nizamnamə kapitalı 45,9% artaraq 41,306 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 10,2% artaraq 82 873, o cümlədən fiziki şəxslərin sayı 11,1% artaraq 77 287, hüquqi şəxslərin sayı 0,1% azalaraq 5 586 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 11 561-ə bərabər olub ki, bu da illik müqayisədə 10,5% çoxdur. O cümlədən, debet kartların sayı 10,4% artaraq 10 586-ya, kredit kartların sayı 0,7% artaraq 975-ə çatıb.


Hazırda bankın ölkə üzrə 30 filialı, 55 bankomatı, 659 POS-terminalı fəaliyyət göstərir. Bankın 678 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR