FHN-nin Cənub Regional Mərkəzində məşğələ keçirilib - FOTOSESSİYA

FHN-nin Cənub Regional Mərkəzində məşğələ keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 08 may 2014 18:02 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Deformasiyaya məruz qalmış avtomobildən zərərçəkmişin çıxarılması və təxliyyə edilməsi" mövzusunda məşğələ keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, əsas məqsədi Mərkəzin Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin ağır yol qəzası baş verən zaman deformasiyaya məruz qalmış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalan zərərçəkmişlərin xüsusi xilasetmə alət və avadanlıqlardan istifadə etməklə xilas edilməsi üzrə bilik və bacarıqlarını yoxlamaq və artırmaqdan ibarət olan məşğələyə 1 ədəd "Mersedes-Bens Sprinter" markalı xüsusi xilasetmə avtomobili cəlb olunub.

Şərti olaraq saat 16:00-da Mərkəzin əməliyyat növbətçisinə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində “Mersedes” markalı avtomobilin yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək yoldan çıxması və yaxınlıqdakı hasara çırpılması barədə məlumat daxil olur. Məlumata görə, ağır yol qəzası nəticəsində deformasiyaya uğramış avtomobildə dəmir löhvəciklər arasında zədələnmiş halda sıxışaraq köməksiz vəziyyətdə qalan zərərçəkmişlər var.

Dərhal Mərkəzin əməliyyat növbətçisi hadisə barədə məlumatı rəhbərliyə çatdırmaqla, plan üzrə Mərkəzin Xüsusi xilasetmə hissəsinin növbəsinə ağır yol qəzası baş vermiş hadisə yerində "Deformasiyaya məruz qalmış avtomobildən zərərçəkmişin çıxarılması və təxliyyə edilməsi" şərti həyəcan siqnalı verilib.

Xüsusi xilasetmə hissəsinin növbədə olan xilasetmə növbəsi Mərkəz rəisinin göstərişinə əsasən Xüsusi təyinatlı "Mersedes-Bens Sprinter" avtomobili və içərisində olan xilasetmə avadanlıqları ilə birlikdə hadisə yerinə yürüş edib. Hadisə zamanı xilasedicilər ilkin olaraq təhlükəsiz və düzgün xilasetmə əməliyyatları keçirmək məqsədilə vizual kəşfiyyat apararaq, baş vermiş hadisə barədə ilkin məlumatların Mərkəzin Əməliyyat növbətçisinə ötürülməsini təmin ediblər.

Xilasedicilər tərəfindən ilkin olaraq deformasiyaya uğramış avtomobildə elektrik cərəyanı tam olaraq zərərsizləşdirilib, ətrafa yayılmış yanacağ və sürgü materiallarının üzəri qumla örtülüb, xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə avtomobilin dəmir lövhələri arasında sıxılmış halda köməksiz vəziyyətdə qalan zərərçəkmişlər xilas edilərək ilkin təxirəsalınmaz tibbi-psixoloji yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Sonda Mərkəzin əməliyyat növbətçisinin, Xüsusi xialsetmə hissəsinin fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılaraq, yaranmış vəziyyət qiymətləndirilib, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR