Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

 Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 02 iyun 2014 07:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 332.1; 337; 120.2.4 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Qaybalı Əli oğlu Məhərrəmovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Nicat Kamil oğlu Alırzayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman, plastik qabda olan böyürtkən mürəbbəsinin içərisində gizlədilmiş, 4 ədəd qara rəngli sellofana bükülmüş, xalis çəkisi 2.040 qram olan heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR