Bakıda Azərbaycan-Niderland biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Niderland biznes forumu keçiriləcək
# 15 noyabr 2013 07:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn həftə Bakıda Azərbaycan-Niderland biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, noyabrın 21-də Niderlandın Rotterdam şəhərinin meri Əhməd Əbutalibin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Niderland biznes forumu baş tutacaq.

Biznes foruma gəmiqayırma, sənaye, konsaltinq və logistika sahələrində fəaliyyət göstərən 10 Niderland şirkətinin qatılacağı gözlənilir.

Tədbirdə iştirak etmək istəyən Azərbaycan şirkətləri onları təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48 və ya 4371142, daxili: 108; 119; 129; e-mail: [email protected]) bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR