Dünya çempionatına yollanan millimizin heyəti açıqlanıb

Dünya çempionatına yollanan millimizin heyəti açıqlanıb
# 17 oktyabr 2013 08:59 (UTC +04:00)

Bakı – APA. Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişi və qadınlar arasında dünya çempionatına yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, oktyabrın 16-28-də baş tutacaq mundialda ölkəmiz baş məşqçi Zlatan Vanevin rəhbərliyi altında 2 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində Olimpiya mükafatçısı Valentin Xristov (62 kq) və Kazan Universiadasının qalibi Firudin Quliyev (69 kq) qüvvəsini sınayacaq. Zərif cinsin nümayəndələri arasında isə Kristina Yovu 53 kq çəki dərəcəsində dünya çempionatına qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR