«Amrahbank»ın əməkdaşı uşu-sanda üzrə Avropa çempionu olub

«Amrahbank»ın əməkdaşı uşu-sanda üzrə Avropa çempionu olub
# 30 avqust 2013 11:16 (UTC +04:00)

Bakı - APA-Economics. «Amrahbank» ASC-nin Yasamal filialının əməkdaşı Rəfael Rəhman oğlu Tarverdiyev bu günlərdə Türkiyədə uşu-sanda idman növü üzrə keçirilən Avropa çempionatında I yeri tutub.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Amrahbank»ın baş ofisində bankın kollektivi ilə R.Tarverdiyev Rəhman ilə görüş keçirilib. Görüşdə avqustun Avropa çempionu bankın fəxri diplomu ilə təltif edilib.

Xatırladaq ki, idman ustası, milli yığma komandanın kapitanı, 1986-cı il təvəllüdlü R.Tarverdiyev 2011-ci ildə Honkonqda keçirilən klublararası dünya çempionatının əsas qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR