Azərbaycanın müdafiə naziri ISAF-a töhfə verən dövlətlərin müdafiə nazirlərinin iclasında iştirak edib - FOTOSESSİYA

Azərbaycanın müdafiə naziri ISAF-a töhfə verən dövlətlərin müdafiə nazirlərinin iclasında iştirak edib  - <span style="color: red;">FOTOSESSİYA
# 27 fevral 2014 17:41 (UTC +04:00)

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, iclasda ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizliyin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstandakı cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası (Qətiyyətli Dəstək) və onun başlaması üçün lazımi olan hüquqi çərçivənin son vəziyyəti müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan müdafiə naziri ölkəmizin Əfqanıstana cari dəstəyini qeyd edib və NATO-nun 2014-cü ildən sonrakı Qətiyyətli Dəstək missiyasına töhfə verməyə davam edəcəyini bir daha təsdiq edib.

Brüsselə səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri İrakli Alasania, Latviyanın müdafiə naziri Raymonds Vejonis və NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı dörd ulduzlu general Filip Bridlav ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR