Masallıda III Beynəlxalq Folklor Festivalı başlayıb - FOTOSESSİYA

Masallıda III Beynəlxalq Folklor Festivalı başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyun 2014 16:33 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Bu gün Masallı şəhərində III Beynəlxalq Folklor Festivalı başlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 91 illiyi şərəfinə keçirilən festivala Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Litva və Latviyanın folklor ansambl və qrupları qatılıb.

İyunun 15-ə kimi davam edəcək tədbirin birinci günü Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda festivalın təntənəli açılış mərasimi keçirilib. Daha sonra iştirakçılar öz ölkə və xalqlarına məxsus folklor nümunələrini nümayiş etdiriblər.

Tədbir Masallı şəhərindəki Nizami Gəncəvi adına Mədəniyyət və istirahət parkında davam edib.

Açıq meydanda təşkil edilmiş sərgidə qonaqlar yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli mətbəxin nümunələri ilə yaxından tanış olublar.

İyunun 15-də başa çatacaq festivalın yekun konsertində iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR