Ucarda 3 yaşlı uşağın ölümünün səbəbi açıqlanıb - VİDEO

Ucarda 3 yaşlı uşağın ölümünün səbəbi açıqlanıb - <span style="color: red;">VİDEO
# 04 noyabr 2013 17:42 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucarda nəzarətsiz qalan azyaşlının ölümünün səbəbi açıqlanıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ramal kəndində baş verib.

Kəndə işləməyə gələn Bakı şəhər sakini, 46 yaşlı Gülnarə Qurbanova özü ilə 3 yaşlı nəvəsi Qurbanov Şahin Rasim oğlunu gətirib. Kirayə qaldıqları Məsud İbrahimova məxsus evdə bir anlıq azyaşlını nəzarətsiz qoyan nənə onun yoxa çıxdığını görüb. Təxminən 20 – 25 dəqiqə qonşuları ilə birlikdə uşağı axtardıqdan sonra onun meyitini həyətdəki 1 metr dərinlikdə olan su hovuzundan tapıb.

Ucar rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Ş.Qurbanov ehtiyatsızlıqdan ölüb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR