Avropa Birliyi Ukrayna ilə danışıqlara Rusiyanın qoşulmasına qarşıdır

Avropa Birliyi Ukrayna ilə danışıqlara Rusiyanın qoşulmasına qarşıdır
# 25 noyabr 2013 12:56 (UTC +04:00)

Dialoq yalnız ikitərəfli əsasda aparıla bilər.

APA-nın verdiyi məlumata görə, bu haqda RİA Novosti agentliyinə AB-nin Rusiyadakı nümayəndəliyinin rəhbəri Viqadas Uşatskas bəyan edib.

Ötən həftə Ukrayna hökuməti AB ilə assosiativ sazişin hazırlanmasını dayandırmaq qərarına gəlib. Bu, Rusiya və MDB dövlətləri ilə iqtisadi əlaqələrin inkişafının zəruriliyi ilə izah olunur. Ukrayna Nazirlər Kabineti müvafiq nazirliklərə Gömrük İttifaqı və MDB ölkələri ilə ticarət-iqtisadi əlaqələrin canlandırılması haqqında danışıqların bərpa edilməsi haqqında tapşırıq verib, habelə, Rusiya Federasiyası və AB ilə üçtərəfli komissiyanın yaradılmasını təklif edib.

Rusiyanın üçtərəfli danışıqlara hazır olması haqqında RF prezidenti Vladimir Putinin bəyanatını şərh edən Uşatskas isə danışıqların yalnız ikitərəfli əsasda keçirilməsinin mümkünlüyünü vurğulayıb.

“AB Rusiya və Ukrayna ilə münasibətlərini xüsusi önəm verir. Biz müxtəlif məsələləri, o cümlədən, ÜTT üzrə qarşılıqlı öhdəçilik əsasında olan ticarət əlaqələrini müzakirə etməyə hazırıq. Lakin sazişlər üzrə danışıqlar ikitərəfli qaydada keçirilir - Rusiya ilə yeni baza sazişi, Ukrayna ilə assosiasiya və azad ticarət zonası üzrə”, - deyə Uşatskas bildirib.

Bununla belə, Kiyevdə və Ukraynanın digər şəhərlərində Avropaya inteqrasiya tərəfdarlarının etiraz aksiyaları davam edir. Bu gün Kiyevdə, hökumət binasının qarşısında milis etiraz iştirakçılarına qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR