“Göyçay-Konyak” ASC-də yanğın hadisəsi baş verib

“Göyçay-Konyak” ASC-də yanğın hadisəsi baş verib
# 04 yanvar 2014 17:43 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda zavodda yanğın hadisəsi baş verib. Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saat 18:30 radələrində Göyçay şəhərinin Atatürk küçəsində yerləşən “Göyçay-Konyak” ASC-nin məhsulların saxlanılması anbarında baş verib. Hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 1375 kvadratmetr olan anbarın 100 kvadratmetrlik hissəsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR