Fransa Avropa Birliyi ilə Rusiya arasında vizasız rejimin tətbiqini dəstəkləyib

 Fransa Avropa Birliyi ilə Rusiya arasında vizasız rejimin tətbiqini dəstəkləyib
# 29 yanvar 2014 10:53 (UTC +04:00)

Bakı – APA. Fransa Xarici İşlər Nazirliyi Avropa Birliyi ilə Rusiya arasında vizasız rejimin tətbiqini dəstəkləyib.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Fransa XİN-in nümayəndəsi bildirib ki, rəsmi Parisin məqsədi Avropa Birliyi ölkələri və Rusiya vətəndaşları arasında çevikliyin artmasına nail olmaqdır.

Avropa Birliyi ilə Rusiya arasında vizasız rejim qısamüddətli vizaların ləğvini nəzərdə tutur. Dəyişikliklər ilk növbədə tələbələri, şirkət nümayəndələri və jurnalistlərin işini asanlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR