Azərbaycanla Dünya Bankı “Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətin Gücləndirilməsi Layihəsi”ni imzalayıb - FOTO

Azərbaycanla Dünya Bankı “Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətin Gücləndirilməsi Layihəsi”ni imzalayıb - <span style="color: red;">FOTO
# 12 iyun 2014 10:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankı (DB) arasında “Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətin Gücləndirilməsi Layihəsi”nin imzalanması olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sənədi təsərrüfatı naziri Heydər Əsədov və DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşenko imzalayıb.

H. Əsədov layihənin əhəmiyyətindən danışaraq bu layihənin prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı ilə bağlı imzalanan son iki fərman və sərəncamda qarşıya qoyduğu hədəflərə uyğun olduğunu qeyd edib.

Nazir qeyd edib ki, layihə aqrobiznes/ərzaq emalı texnologiyalarının təkmilləşdirilməsi və istehsalının artırılması, bitki mühafizəsi və baytarlıq xidmətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə aqrobiznes/ərzaq emalı sənayesinin maliyyələşdirməyə çıxışını təmin edərək bu sahənin daha da inkişafına kömək edəcək.

Təklif olunan layihə aqrar-ərzaq dəyər zəncirinin təkmilləşdirilməsi vasitəsilə rəqabətli kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləməklə öz töhfəsini verəcək.

L. Leşenko qeyd olunan layihənin aqrar sahənin inkişafına öz töhfəsini verəcəyini bildirərək, layihənin uğurla həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR