Ağsuda iki maşın toqquşub, 6 nəfər xəsarət alıb - VİDEO

Ağsuda iki maşın toqquşub, 6 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 30 noyabr 2013 10:26 (UTC +04:00)

APA-nın məlumatına görə hadisə bu gün səhər saat 11:00 radələrində Ağsu-Bico yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Ağsu sakini, 1960-cı il təvəllüdlü Kərimov Zakir Balakişi oğlunun idarə etdiyi “QAZ-3110” markalı avtomobil qarşı tərəfdən gələn Vasif Heybətova məxsus “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü, eləcə də maşınlardakı sərnişinlər - 1998-ci il təvəllüdlü Heybətov Elgün Vasif oğlu, 1983-cü il təvəllüdlü Kərimov Hətəmxan Xanlıq oğlu, 1929-cu il təvəllüdlü Kərimova Almaz Həsən qızı və 1963-cü il təvəllüdlü Kərimova Gülnarə Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR