Azərbaycanda itkin düşmüş hərbiçilər ölmüş elan edildikdə, 100% sığorta olunacaqlar

Azərbaycanda itkin düşmüş hərbiçilər ölmüş elan edildikdə, 100% sığorta olunacaqlar
# 26 sentyabr 2013 09:47 (UTC +04:00)

APA-nın məlumatına görə, əlavə və dəyişikliklər layihəsi barədə komitə sədri Ziyafət Əsgərov məlumat verib.

Dəyişikliyə əsasən, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilən hərbçilərin ailəsinə 100% sığorta ödənişləri verilir.

Hazırkı qüvvədə olan maddəyə görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman yalnız həlak olan, ölən hərbiçilərə 100% sığorta verilir.

Müzakirələr zamanı Z.Əsgərov bildirib ki, qanuna dəyişikliklər hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR