Ketrin Eşton İrana mart ayında səfər edəcək

Ketrin Eşton İrana mart ayında səfər edəcək
# 05 fevral 2014 13:16 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin İrana səfərinin tarixi açıqlanıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ketrin Eşton Tehrana bu ilin mart ayında gələcək.

Qeyd edək ki, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı yanvarın 12-də keçirdiyi mətbuat konfransında K.Eştonun Tehrana səfərə dəvət edildiyini açıqlayıb. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə yanvarın 31-də Münhendə keçirdiyi görüşdə bu ziyarəti münasib zamanda həyata keçirəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR