Zaqatala sakini ögey anasını bıçaqlayıb - VİDEO

Zaqatala sakini ögey anasını bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 04 noyabr 2013 07:25 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov – APA. Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Mövlüd Əlibəy oğlu İbrahimov ögey anası, 1974-cü il təvəllüdlü Aygün Qurban qızı Ağaməmmədovanı bıçaqlayıb. M. İbrahimov hadisəni törədəndən sonra qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən M. İbrahimov tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR