Zəngilan rayon sakini qaçırdığı avtomobillə yol qəzası törədib

Zəngilan rayon sakini qaçırdığı avtomobillə yol qəzası törədib
# 08 yanvar 2014 09:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda avtomobil qaçıran şəxs yol qəzası törədib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 5-də saat 22:30 radələrində, naməlum şəxs Bakıxanov küçəsində Abşeron rayon sakini Azər İsmayılovun idarə etdiyi «Tofaş» markalı avtomobili qaçırıb. Yanvarın 6-da saat 01 radələrində, Zabrat qəsəbəsi ərazisində həmin avtomobil aşırılıb, onu idarə edən şəxs xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub və xəstəxanadan qaçıb. Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili onun Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Xalid İsmayılov olduğu müəyyənləşib. X. İsmayılov İmişli rayonunda tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR