Azərbaycanın xarici işlər naziri Braziliyanın yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Braziliyanın yeni təyin olunmuş səfirini qəbul edib  - <span style="color: red;">FOTO
# 14 oktyabr 2013 15:07 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Santyaqo Alsazarı qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Santyaqo Alsazarı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə son illər iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub və mövcud əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Braziliyalı səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminlik ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR