“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 27 dekabr 2013 14:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin ''Azəriqaz'' İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə 2013-cü ilin dekabrın 31-dən başlayaraq gücləndirilmiş iş rejimində çalışacaq.

APA-Economics”in xəbərinə görə, şirkətin məlumatında bildirilir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Belə ki, 185 nömrəli qaynar xəttin iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək.

Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək.

Bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR