İran XİN-in yeni sözçüsü Azərbaycan-İran münasibətlərindən danışıb

İran XİN-in yeni sözçüsü Azərbaycan-İran münasibətlərindən danışıb
# 10 sentyabr 2013 10:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi ilk mətbuat konfransında İran-Azərbaycan əlaqələrindən danışıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, M.Əfxəm bildirib ki, İran və Azərbaycan ortaq tarixə, mədəniyyətə və dinə sahib iki müsəlman ölkəsidir: “Biz həmişə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə çalışmışıq. Ümidvarıq ki, biz bu əlaqələrin yeni hökumətin dövründə daha da artmasının və iki ölkə arasında ticarət mübadiləsinin çoxalmasının şahid olacağıq. Əlbəttə, İranın gözləntisi Azərbaycandan ticarət mübadiləsinin artmasında maraqlı olmasıdır. Çünki Azərbaycanın İranla əməkdaşlığının xeyrinin digər xarici ölkələrdən daha çox olacağına inanırıq”.

İran XİN sözçüsü Azərbaycan hökumətinin Nizami Gəncəvinin məqbərəsindəki fars dilindəki kitabələri qaldırmasına da münasibət bildirib: “Azərbaycanlılar mədəniyyət adı ilə bir iş görməyə çalışsalar da, bu addım mədəniyyətlə ziddiyyət təşkil edir. Əgər mövzu şeirlərin fars dilindən türk dilinə tərcüməsidirsə, bu iş bir yenilikdir və dəyərlidir. Əks təqdirdə, bu tərcümələr hansısa qüvvələrin təxribat və irqçilik məqsədinə xidmət edərsə, onda mədəniyyətlə ziddiyyət təşkil edər. Ümid edirəm ki, Azərbaycan öz mədəniyyətinin inkişafına və dəyərinə İran mədəniyyətinin daxilində diqqət göstərər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR