Azərbaycan Dövlət Musiqili Teatrı mövsümü “Ər və arvad” tamaşası ilə başa vuracaq

Azərbaycan Dövlət Musiqili Teatrı mövsümü “Ər və arvad” tamaşası ilə başa vuracaq
# 01 iyul 2014 17:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Dövlət Musiqili Teatrı 114-cü mövsümünü iyulun 5-də “Ər və arvad” tamaşası ilə başa vuracaq.

Teatrdan APA-ya verilən məlumata görə, bağlanışın məhz bu tamaşa ilə olması xüsusilə əlamətdardır:

“Milli opera janrının yaradıcısı Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üç pərdəli “Ər və arvad” musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Odur ki, bir ənənə olaraq hər il yeni mövsüm sentyabrın 18-də - Milli Musiqi Günü bu tamaşa ilə açılır və iyul ayında da bu tamaşa ilə başa çatır”.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Rollarda xalq artistləri İlham Namiq Kamal (Mərcan bəy), Afaq Bəşirqızı (Minnət xanım), Fatma Mahmudova (Arvad), əməkdar artistlər Ələkbər Əliyev (Kərbəlayi Qubad), Əkbər Əlizadə (Səfi), Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (Aşpaz), Hüseyn Əlili (Suçu) və Ağaxan Şərifov (Süpürgəçi) çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR