Odessada “Azərbaycan Parkı”nın təməlqoyma mərasimi keçirilib

Odessada “Azərbaycan  Parkı”nın təməlqoyma mərasimi keçirilib
# 04 sentyabr 2013 09:55 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Ukraynanın Odessa şəhərində “Azərbaycan Parkı”nın təməlqoyma mərasimi keçirilib. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, park ARDNŞ-in Ukrayna nümayəndəliyin maliyyə dəstəyi ilə tikiləcək. Şəhərin 219-cu ildönümünə təsadüf edən təməlqoyma mərasimdə Ukrayna rəsmiləri, Azərbaycanın Ukraynadakı və Rusiyadakı səfirləri, diaspora nümayəndələri iştirak ediblər.

Parkın sahəsi 2 hektar təşkil edəcək və şəhərin mərkəzində inşa olunacaq. Parkda ekzotik ağaclar əkiləcək, Azərbaycana aid heykəllər, abidələr qoyulacaq. Eyni zamanda parkda Böyük Vətən Müharibəsində iştirak edən və azərbaycanlılardan ibarət olan 416 Taqanroq diviziyanın şərəfinə abidə ucaldılması nəzərdə tutulur.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycan Şimali Qafqaz ölkələri arasında ən uğurla inkişaf edən ölkə olub: “Ölkəmiz həmişə tolerantlıqla məşhur olub. Bakıda heç kim soruşmurdu ki, sən hansı milliyyətin nümayəndəsisən. Bununla biz Odessa şəhərin sakinləri ilə oxşarıq”.

“Azərbaycan Parkı” ilə eyni vaxtda Odessada “İstanbul Parkı”nın təməlqoyma mərasimi də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR