DBX: Bu günə kimi kefal balıqlarında heç bir xəstəlik aşkar olunmayıb

DBX: Bu günə kimi kefal balıqlarında heç bir xəstəlik aşkar olunmayıb
# 11 aprel 2014 11:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Xəzərdəki xəstə kefal balıqları ilə bağlı vəziyyətə yenidən aydınlıq gətirib. APA-nın xəbərinə görə, DBX rəisi Sialə Rüstəmova jurnalistlərə açıqlamasında deyib ki, kefal balıqları ilə bağlı monitorinqlər davam edir. Onun sözlərinə görə, bu günə kimi kefal balıqları ilə əlaqədar hər hansı problem müşahidə edilməyib. S. Rüstəmova qeyd edib ki, balıqlarda heç bir xəstəlik aşkar olunmayıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Dövlət Baytarlıq Xidmətinə göstəriş verib. Bu tədbirlərin görülməsinə mətbuatda İranın Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatların yer alması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR