“İkinci Bakı Beynəlxalq Memarlıq Mükafatı” müsabiqəsi keçiriləcək

“İkinci Bakı Beynəlxalq Memarlıq Mükafatı” müsabiqəsi keçiriləcək
# 07 oktyabr 2015 09:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Memarlar İttifaqının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə “İkinci Bakı Beynəlxalq Memarlıq Mükafatı” müsabiqəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müsabiqə çərçivəsində təqdim olunmuş işlərin sərgisi nümayiş etdiriləcək.

Sərginin açılış mərasimi oktyabrın 8-də Muzey Mərkəzində olacaq.

Mükafat fondu 52500 manat təşkil edən müsabiqənin nəticələri oktyabrın 9-da Bakıda keçiriləcək təntənəli mərasimdə elan ediləcək. Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinə təşkilatın baş katibi, I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər heyətinin sədri Tomas Voiner rəhbərlik edəcək.

Müsabiqənin yekununda təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR