Daxili Qoşunların gənc əsgərlərinin andiçmə mərasimi olub - FOTO

Daxili Qoşunların gənc əsgərlərinin andiçmə mərasimi olub - <span style="color: red;">FOTO
# 16 avqust 2014 14:48 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Bakı şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin təntənəli andiçmə mərasimləri keçirilib.

Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə Daxili Qoşunların Baş İdarəsindən yüksək rütbəli hərbi qulluqçular, qoşunların Veteranlar Şurasının üzvləri, həmçinin əsgər valideynləri iştirak ediblər.

Gənc əsgərlər hərbi anda gətirilərək Vətənə sədaqət andı içdikdən sonra şəxsi heyətə daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanının təbriki çatdırılıb. Komandanın hərbi and içmələri münasibətilə gənc əsgərlərə ünvanlanmış təbrikində hər bir əsgərin Vətənə layiqli övlad olacağına inam ifadə edilib.

Xüsusi olaraq vurğulanıb ki, dövlət başçısının Silahlı Qüvvələrin, o cümlədən Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi qayğı və diqqət Qoşunların sıralarında xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırır: “Hərbi and içərək respublikamızın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa söz verməklə hər biriniz bu müqəddəs andın mənasını tam dərk etməlisiniz. Bu gün hər bir vətəndaşın təhlükəsizliyi, hər qarış torpağımızın müqəddəratı məhz sizin nümunəvi xidmətinizdən asılıdır".

Tədbirdə çıxış edənlər ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən, Hərbi andın şərəf və məsuliyyətindən, eləcə də Daxili Qoşunlarda yaradılan hərtərəfli şəraitdən söhbət açıblar.

Mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR