Tanışlarına qarşı dələduzluq edən şəxsə hökm oxunub

Tanışlarına qarşı dələduzluq edən şəxsə hökm oxunub
# 09 sentyabr 2016 14:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən E. Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, əvvəllər də məhkum olunmuş E. Həsənov tanışlarından borc adı ilə pul alıb və qaytarmayıb. Buna görə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR