® “Bank of Baku” bağ mövsümünə hazırlaşanlar üçün yeni kampaniyaya başlayıb

<font color=red>® </font>  “Bank of Baku” bağ mövsümünə hazırlaşanlar üçün yeni kampaniyaya başlayıb
# 24 iyun 2016 10:39 (UTC +04:00)

Bakı. APA-Economics. “Bank of Baku”nun “Bolkart” müştəriləri üçün start verdiyi müjdə dolu silsilə yay kampaniyaları davam edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu dəfə “Bank of Baku”nun bağ mövsümünə hazırlaşan müştəriləri üçün sürprizi var.

Belə ki, yay istirahətini Bakı bağlarında keçirəcək “Bolkart”lılar bağ alış-verişlərini daha sərfəli şərtlərlə edib, xərcini bala-bala ödəmək imkanı qazanacaqlar.

“Bolkartla dənizkənarı supermarketlərdə alış-veriş et, 2 ay sonra ödə!” adlı kampaniya çərçivəsində müştərilər iyun ayında etdikləri bazarlığın xərcini avqustda, iyuldakını sentyabrda, avqust ayında olanın xərcini isə oktyabrda ödəyə biləcəklər.

Kampaniya, “Bolkart” partnyor şəbəkəsinə daxil olan dənizkənarı supermarketlərdə keçərlidir.

31 avqust 2016-cı il tarixinədək davam edəcək kampaniyanın şamil olunduğu supermarketlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

“Bank of Baku”nun bu və digər kampaniya, eləcə də xidmətləri haqqında daha ətraflı məlumatla bankın rəsmi internet ünvanından http://www.bankofbaku.com/ tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR