Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinin növbəti təxribat qrupu məhv edilib - VİDEO

Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinin növbəti təxribat qrupu məhv edilib - <span style="color: red;">VİDEO
# 06 mart 2015 07:32 (UTC +04:00)

Bakı - APA. Martın 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.

Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR