ABŞ dövlət katibi Fələstin liderlərini zorakılığa təhrik edən addımlardan uzaq durmağa çağırıb

ABŞ dövlət katibi Fələstin liderlərini zorakılığa təhrik edən addımlardan uzaq durmağa çağırıb
# 18 noyabr 2014 10:20 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ dövlət katibi Con Kerri Fələstin liderlərini zorakılığa təhrik edən addımlardan uzaq olmağa çağırıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Londonda səfərdə olan C. Kerri Qüdsdəki sinaqoqa hücumu pisləyən bəyanat səsləndirib.

O, dörd nəfərin həyatına son qoyan hadisəni “insanlığa sığmayan əməl” və “terror aksiyası” adlandıraraq, Fələstin liderlərini zorakılıqdan uzaq durmağa çağırıb.

Qeyd edək ki, insident Qüdsün Har-Nof rayonunda baş verib.Bıçaq, balta və tapança ilə silahlanmış iki fələstinli sinaqoqa daxil olaraq, ibadət edən şəxslərə hücum ediblər. Hər iki fələstinli polis tərəfindən öldürülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR