Dövlət Kukla Teatrında “Ağ babanın nağılı” tamaşasının premyerası keçiriləcək

Dövlət Kukla Teatrında “Ağ babanın nağılı” tamaşasının premyerası keçiriləcək
# 07 aprel 2015 14:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Ağ babanın nağılı” tamaşasına ictimai baxış olub.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən tamaşanın rejissoru Qurban Məsimov, rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar artist Anar Hüseynlidir. Səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları - əməkdar artist Rəhman Rəhimov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər.

Tamaşanın premyerası aprelin ortalarında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR