Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb - VİDEO

Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 07 iyul 2015 08:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Eyvaz Əzizağa oğlu Kərimov keçmiş arvadı, 1980-ci il təvəllüdlü Ülkər Nazim qızı Abdullayevanın döş qəfəsinə və qarın nahiyəsinə daxilə nüfuz edən bıçaq xəsarətləri yetirib.

Ü. Abdullayeva ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində E. Kərimov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR