Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb
# 20 aprel 2015 11:06 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə aprelin 19-da saat 17.00 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.

Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Nazim oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü və sərnişini - Şəhriyar kənd sakini, 1968-ci il təvəllüdlü Asif Sahibxan oğlu İsayev xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Asif İsayev xəstəxanada dünyasını dəyişib.

Həkimlər reanimasiya şöbəsinə yerləşdirilmiş H. Həsənovun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR