Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib
# 17 dekabr 2014 12:23 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Peşəvar şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR