“Bank VTB (Azərbaycan)” Bakıda beş yeni bankomat istifadəyə verib

“Bank VTB (Azərbaycan)” Bakıda beş yeni bankomat istifadəyə verib
# 09 sentyabr 2016 12:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank VTB (Azərbaycan)” Bakı şəhərinin ən sıx nöqtələrində 5 yeni bankomat istifadəyə verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankomatlar bankın filiallarından kənarda quraşdırılıb ki, bu da bankın müştərilər üçün ən rahat və əlverişli yerlərdə bank xidməti göstərilməsi üzrə yeni strategiyasının tərkib hissəsidir.

“Bankın kart sahibləri yeni ATM xidmətlərindən 28 Mall (“28 May” metro stansiyasının çıxışı), Park Bulvar (Dənizkənarı bulvar, “Sahil” metro stansiyasının çıxışı), Metropark (“N. Nərimanov” metro stansiyası yanında) ticarət və əyləncə mərkəzlərində, eləcə də “Xətai” metrosunun çıxışında və Bakı Beynəlxalq avtovağzalı (Sumqayıt şossesi) ərazisindəki məntəqələrdə istifadə edə bilər.

24/7 prinsipi ilə gün ərzində fasiləsiz çalışan bankomatlarda müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) kimi xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər.

Bankdan bildirilib ki, bankomat şəbəkəsinin genişlənməsi bankın kart biznesinin dinamik inkişafı və “VTB (Azərbaycan)”ın kart sahiblərinin sayının artması ilə əlaqədardır.

“Bankımızın strateji inkişaf istiqamətlərindən biri əmək haqqı üzrə müştərilərin sayının artırılmasıdır. Xidmət keyfiyyətinin yaxşılaşdırılması və müştərilərin vaxtına qənaət etmək məqsədi ilə biz, gələcəkdə də bankomat şəbəkəsini artırmaq və onları ən rahat yerlərdə quraşdırmaq niyyətindəyik” – deyə, “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR