Valideyn himayəsindən məhrum olanlar üçün təhsil sahəsində güzəştlər nəzərdə tutulur

Valideyn himayəsindən məhrum olanlar üçün təhsil sahəsində güzəştlər nəzərdə tutulur
# 09 sentyabr 2016 14:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum qalmış 23 yaşına qədər olan şəxslərin AMEA-nın magistratura pilləsində təhsil haqqı ödənişindən azad edilməsi, digər təhsil müəssisələrində bu kateqoriyadan olan şəxslər üçün bir sıra təminatların yaradılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.


Qanunun 5-ci (Təhsil üzrə təminatlar) maddəsinə təklif olunan əlavə və dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olanlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində (AMEA magistratura) təhsil haqqından azad ediləcəklər. Bundan başqa, qeyd olunan kateqoriyadan olan vətəndaşlar ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini və AMEA magistraturasını bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar, habelə respublika üzrə orta əməkhaqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar. Onlara təhsil aldıqları müddətdə dərslik və dərs ləvazimatlarının alınması üçün müavinətlər də veriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR