Peskov: “Umidvarıq ki, Rusiya-Türkiyə münasibətləri inkişaf etməkdə davam edəcək”

Peskov: “Umidvarıq ki, Rusiya-Türkiyə münasibətləri inkişaf etməkdə davam edəcək”
# 27 aprel 2015 19:30 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Peskov vurğulayıb ki, iki ölkə arasında bir çox layihələr mövcuddur.

“Ümid edirik ki, münasibətlərimiz indiyədək olduğu kimi yüksələn xətt ilə inkişaf edəcək” deyə D.Peskov bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını uydurma “erməni soyqırımını” tanıdığına görə tənqid etmişdi. “Putinin bu addımı məni kədərləndirdi. Ukrayna və Krımda baş verənlər göz qabağındadır. Əvvəl onları izah etsinlər, sonra soyqırımından danışsınlar”, deyə Ərdoğan bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR