Bank Of Baku

Vəkilliyə qəbulla bağlı 3 illik iş stajının azaldılması təklif olunur

Vəkilliyə qəbulla bağlı 3 illik iş stajının azaldılması təklif olunur
# 02 may 2018 08:25 (UTC +04:00)

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb.

APA-nın xəbərinə görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. "Vəkilliyə qəbulla bağlı 3 illik iş stajının 1 ilə endirilməsini təklif edirik. 3 illik iş stajı 1 ilə endirilsə, gənc hüquqşünaslar bu sahəyə yönələr. Biz vəkilliyə daha çox gənc hüquqşünasları cəlb etmək istəyirik. Ona görə də stajın aşağı olması məqsədəuyğun olardı" -, deyə A. Bağırov vurğulayıb. 

Qeyd edək ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna görə ali hüquq təhsilli, hüquqşünas ixtisas üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində fəaliyyət göstərən, İxtisas Komissiyasında müvəffəqiyyətlə imtahan verən şəxs vəkil ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR