Naxçıvanda 4-cü nəsil mobil baza stansiyaların sayı 90-nı ötüb

Naxçıvanda 4-cü nəsil mobil baza stansiyaların sayı 90-nı ötüb
# 20 iyul 2016 10:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ildə Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrində 61 min 932 metr fiber-optik kabel xətti çəkilib, 4 928 nömrə tutumlu 17 yeni avtomat telefon stansiyası və 1 439 yeni telefon nömrəsi istifadəyə verilib, 2046 abunəçi genişzolaqlı internetlə təmin olunub.

APA-Economics” xəbər verir ki, “Naxtel”in imkanlarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılıb, 4-cü nəsil Naxtel 4G mobil rabitə sistemi üzrə layihənin icrası bu ilin 6 ayında davam etdirilib. Belə ki, muxtar respublika üzrə 37 baza stansiyasında quraşdırma işləri başa çatdırılaraq 4-cü nəsil mobil baza stansiyalarının sayı 96-ya çatdırılıb. Həmçinin muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilib. Bunun üçün müvafiq proqram təminatı hazırlanıb və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində server qurulub. Bu günədək 80 təşkilat İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub.

NMR Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet saytı Azərbaycan, rus və ingilis dillərində yenidən dizayn edilib, 76 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilərək keçidlər verilib.

Bundan başqa, NMR-nın Dövlət Statistika Komitəsi ilə rayon təşkilatları arasında telekommunikasiya şəbəkəsi də yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR