Ötən ay BFB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 23% azalıb

Ötən ay BFB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 23% azalıb
# 12 noyabr 2014 07:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü il oktyabr ayının yekunlarına görə, Bakı Banklararası Valyuta Birjası (BBVB) onun valyuta bölməsində USD/AZN_TOD aləti üzrə keçirilən hərraclarda 4 bank iştirak edib.

APA-Economics”in məlumatına görə, Birja Elektron Ticarət Sistemində ("BEST") hesabat ayında 42 ticarət sessiyası keçirilib və 13 əqd qeydə alınıb. Hərracların həcmi 40,998 mln. manat və yaxud dollar ekvivalentində 52,273 mln. təşkil edib.

Sentyabr ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 12,321 mln. manat və 23% azalıb.

BEST-də USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,489 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 4,021 mln. dollar təşkil edib.

Qeyd edək ki, hesabat ayında birjada Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi dəyişilməz qalıb - hər USD görə 0,7829 manat təşkil edib. Milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi oktyabr ayında 0,7843 manata bərabər olub.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin oktyabr ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,71%, ABŞ dolları üzrə isə 10,74% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 5,13% və ABŞ dolları ilə 4,80% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR